
Abşeron rayonunda yanğın olub, ölən var.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb.
Yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info