Abşeronda yol qəzası olub, xəsarət alan var

  • By admin
  • 19 Sentyabr 2021 10:26

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun  məlumatına görə, hadisə Abşeron rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Məmmədov Nicat Arif oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info