Abşeronda yük maşını qaz kəmərini sıradan çıxarıb

  • By admin
  • 08 Yanvar 2018 20:30


Abşeron rayonunda yük maşını iki qəsəbəyə gedən qaz kəmərini sıradan çıxarıb.

“Report”un  verdiyi məlumata görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, ağır tonnajlı yük avtomobili rayonun Ceyranbatan və Saray qəsəbələri ərazisinə gedən 500 mm diametrli qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti sıradan çıxıb və hər iki qəsəbənin sakinləri qazsız qalıb.

Əraziyə aidiyyatı qrumların əməkdaşları cəlb olunub. Abşeron Rayon Qaz İstismar Sahəsindən verilən məlumata görə, hazırda sıradan çıxan qaz xəttinin bərpası işi həyata keçirilir. Tezliklə yaranmış problem aradan qaldırılacaq.

Gununsesi.info