Abşeronda zavod yandı

  • By admin
  • 17 May 2022 14:32

Abşeronda zavodun ərazisində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ceyranbatan qəsəbəsində hazırda fəaliyyət göstərməyən ağac emalı zavodunun ərazisində ümumi sahəsi 672 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları, içərisində həcmi 5 m³ olan mazut çəni və soba yanıb.

Yanğın zamanı sexin içərisində həcmi 30 litr olan 4 ədəd propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info