Ac ayı qış yuxusundan ayılıb kəndə hücum çəkib - BALIN HAMISINI YEYİB, 2 MİLYON ARINI TƏLƏF EDİB

  • By admin
  • 16 Mart 2017 22:30

ayi bal

Bursanın İnegöl vilayətinin Taxtakörpü kəndinə enən ayı Səlahəddin Yılmaza  məxsus olan 15 arı yeşiyini dağıdıb.

Gununsesi.info “Doğan Haber Ajansı”na istinadən bildirir ki, 2 milyona yaxın arının tələf olduğunu vurğulayan Səlahəddin Yılmaz ayının acgözlüyü nəticəsində ona 10 min lirə (təxminən 5 min manat) civarında ziyan dəydiyini qeyd edib.

Onun sözlərinə gərə, qış yuxusundan oyanan ayı ac qaldığı üçün qəfil dağdan Taxtakörpü kəndinə enib. İndiyədək 15 yeşikdə təxminən, 2 milyona yaxın arı saxladığını və ailəsini məhz arıçılıqdan əldə etdiyi gəlir hesabına dolandırdığını deyən Səlahəddin Yılmaz indi nə edəcəyini bilmir: “Ayı balın hamısını yeyib, 2 milyon arımı tələf edib. Biçarə qalmışam. Nə edəcəyimi bilmirəm”.

O, rəsmi qurumlar tərəfindən ona dəymiş ziyanın ödənilməsini istəyir.

Gununsesi.info