Ac övladı üçün uşaq yeməyi oğurlayan ataya 20 sutka verdilər

  • By admin
  • 08 İyun 2023 18:17

Bakıda aptekdən oğurluq olub.

Gununsesi.info-nun məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Bir nəfər aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub.

O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.

Bu arada polis tərəfindən saxlanılan ataya 20 sutka həbs verilib.

 

Gununsesi.info