Ac qurd kəndə hücum edib - CANAVAR QOYUN SÜRÜSÜNÜ PARÇALAYIB, BİR AİLƏNİN 4 ÜZVÜNÜ AĞIR YARALAYIB - VİDEO

  • By admin
  • 02 Aprel 2017 13:40

ac qurd kende hucum

Ərzurumun Şenkaya mahalının Yoğurtçular kəndində ac qurdun hücumuna məruz qalan 4 nəfər ağır yaralanıb.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ərzurumun Şenkaya mahalının Yoğurtçular kəndinə hucüm edən ac qurd Hasanoğlu ailəsinin qoyun sürüsünü parçalayıb.

Qeyd edək ki, sürüsünü qorumağa çalışan ailə üzvlərindən 4 nəfər – 46 yaşlı Ali Hasanoğlu, həyat yoldaşı 44 yaşlı Birsen, atası 71 yaşlı Mürteza və anası 72 yaşlı Sultan Hasanoğlu canavarın hücumuna məruz qalıb.

Müxtəlif yerindən yaralayan qurd baltayla öldürülüb. Yaralanan ailə üzvləri isə təcili yardımla xəstəxanaya aparılıb.

Gununsesi.info