Növbəti həftə (4,5,7,8 dekabr tarixləri) 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
Gununsesi.info xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Samux rayonu, Sərkar kəndində (İcra nümayəndəliyinin qarşısı), 2-ci günü saat 14:00-dan 15:00-dək Göygöl rayonu, Aşıqlı kəndində (İcra nümayəndəliyinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək günü Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə saat 11:00-dan 12:00-dək Goranboy rayonu, Sarov kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Gununsesi.info