Acun Ilıcalı Azərbaycana gəlir

  • By admin
  • 17 İyul 2023 12:00

Türkiyənin məşhur iş adamı-televiziya rəhbəri Acun Ilıcalı Bakıya gəlir.

Gununsesi.info türk mediasına istinadla xəbər verir ki, biznesmen “Peki nasıl başardım” adlı tədbir proqramı ilə sevənlərinin qarşısına çıxacaq.

Sözügedən tədbirdə A.Ilıcalının müvəffəqiyyətə necə nail olmaqdan, uğur qazanmağın sirrlərindən danışacağı nəzərdə tutulur.

Verilən məlumata görə, tədbir 22 oktyabr saat 19:30-da Bakı Konqres Mərkəzində baş tutacaq.

Gununsesi.info