Acun yol hərəkəti qaydasını pozdu - VİDEO

  • By admin
  • 01 Aprel 2017 07:42

acun

TV8-in sahibi və aparıcı Acun İlıcalı İnstaqram səhifəsində paylaşdığı video ilə izləyicilərini qorxudub. 

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi xəbərə görə, yüksək sürətlə motosiklet idarə edən aparıcının yol hərəkəti qaydasını pozması da gözdən yayınmayıb.

Belə ki, təhlükəsizlik qaydalarına riayət etməyən Acunun nə öz, nə də arxada əyləşən dostunun başında kaska yoxdur. Bundan başqa, Acun bir əli ilə motosikleti idarə edir, digəri ilə isə video çəkir. Görüntülər Dominikdə lentə alınıb.

Qeyd edək ki, A.İlıcalı illər əvvəl motosiklet idarə edərkən qəza keçirib və başından ağır xəsarət alıb.

Gununsesi.info