
Aparıcı-prodüser Acun İlıcalının həyat yoldaşı Şeyma Subaşı biznes qurur.
Gununsesi.info xəbər verir ki, Şeyma Bebekdə kafe açmaq fikrindədir.
Bu barədə o, salad şəkli paylaşaraq məlumat verib. Subaşı hesabında yerləşdirdiyi şəklin altına “Dostlar, öz tərzimə uyğun bir kafe açıram” qeydini yazıb.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkə izləyiciləri Şeymaya “Acunun pulu ilə yaşayırsan” kimi şərhlər yazmışdı və bu, Subaşını çox əsəbiləşdirmişdi.
Gununsesi.info