
Cəlilabad rayonunun Muğan kənd sakinini bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-da Cəlilabad rayonunun Muğan kəndində kənd sakini Əfqan Piriyev münaqişə zəminində həmkəndlisi Şirin Düniyevə bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Piriyev Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Anar
Gununsesi.info










