
“Mənim Xəqani Əsgərovla dava etməyim barədə yazılanlar həqiqətəuyğun deyil. Mən onunla dostam, çörək kəsirik”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 10 saylı Tovuz imtahan-qeydiyyat şöbəsinin rəisi Xəqani Əsəgrovla dava etməsi barədə xəbərə münasibətində deyib.
Onun sözlərinə görə, son zamanlar onun haqqında kimlərsə mediaya yalan xəbərlər sızdırır: “Məni bütün Tovuz tanıyır. Mən qanun adamıyam. Kimləsə dava etmək ağlıma gəlmir. Xəqani ilə də dostam”.
Gununsesi.org