Adil İsmayılovun üzərimdə haqqı böyük idi - RAMİL SƏFƏROV

  • By admin
  • 04 Dekabr 2020 11:40

 

Azərbaycanın görkəmli vəkillərindən biri olan Adil İsmayılovun vaxtsız vəfatı cəmiyyətdə böyük üzüntüyə səbəb olub.

Adil İsmayılovu xarakterizə edən həmkarları, ictimai -siyasi xadimlər və sadə vətəndaşlar Azərbaycanın böyük bir ziyalısını itirdiyini deyib.

Adil müəllim Azərbaycan cəmiyyətinə həm də Macarıstanda ömürlük həbsə məhkum olan ordumuzun zabiti Ramil Səfərovun vəkili kimi doğmalaşmışdı.

Gununsesi.info-ya açıqlamasında Ramil Səfərov da Adil İsmayılov itkisi haqqında danışıb. Onun vaxtsız vəfatından çox üzüldüyünü bildirən zabitimiz onu da qeyd etdi ki, Adil İsmayılovun onun üzərində haqqı böyük olub: “Mənim üzərimdə böyük haqqı var idi. Allah rəhmət etsin”. Qeyd edək ki, A.İsmayılov koronavirusdan dünyasını dəyişib.

Turanə Tağızadə

Gununsesi.info