“Adını sənət qoyub soyunur, oynayırlar”

  • By admin
  • 30 Noyabr 2019 17:07

“İşim getsin deyə, danışmıram. Susmaq lazım olanda susmuşam. Haqsızlıq olanda danışmışam. Əvvəl bu qədər çirkab yox idi. Millətin həqiqi sənətkara hər zaman ehtiyac var”.

Gununsesi.org xəbər verir ki, bu sözləri müğənni Aqşin Fateh “5/5” verilişində deyib. Sənətçi şou-biznesdən gileylənib: 

“Adını sənət qoyub soyunur, oynayırlar. Millətə aşılamaq istəyirlər ki, mədəniyyətimiz budur. Səviyyədən aşağı hərəkətlər edirlər. Şair, müğənni – hamısı budur. Evlərdəki uşaqlar müğənnilərin etdiyi hərəkətləri götürürlər. Bu da mənfidir. Düşündüm ki, bunların hər cür çirkab üzünü göstərəcəm”.  

Gununsesi.org