Admiral.az saytı bağlandı - Vüsal Musayev isə işçiləri aldadır

  • By admin
  • 23 Noyabr 2016 14:50

admiral

2016-cı ilin aprel ayından fəaliyyətə başlayan admiral.az saytı maliyyə problemi üzündən işini dayandırıb.

Gununsesi.info-nun xəbərinə görə, hazırda saytın 30-dan çox əməkdaşı işsiz qalıb. Saytın əməkdaşlarından Zülfiyyə Qurbanova  sosial şəbəkədə yazdığına  görə, sosial problemlərlə dolu bir vaxtda sayt əməkdaşlarının bir çoxuna maaş verilməyib: “Saytın rəhbəri Vüsal Musayev işçiləri aldadır. Saytın redaktoru Saməddin Mehralıyevə hədə-qorxu gəlib və maaşın verilməyəcəyini deyib. Bununla da bir qrup jurnalist arasında narazılıq yaranıb. S.Mehralıyev və digər əməkdaşlara qarşı bu əməl bütün Azərbaycan jurnalistikasına təhqirdir. Bütün həmkarlarıma bu məsələni diqqətdə saxlamağı xahiş edirəm”.

Gununsesi.info-nun əməkdaşı admiral.az-ın rəhbərliyi ilə əlaqə saxlayıb. Bildirildi ki, texniki səbəblərdən sayt müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Həmin texniki məsələlər aradan qaldırılandan sonra sayt yenidən öz işini davam etdirəcək.

Gülnaz Qənbərli

Gununsesi.info