ADY: Azərbaycanda dəmir yolu ilə neft, neft məhsullları üzrə yükdaşımalar fasiləsiz aparılır

  • By admin
  • 03 Aprel 2020 16:27

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin beynəlxalq və daxili müntəzəm daşımalar təmin edilir.

Gununsesi.org QSC-yə istinadən xəbər verir ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ADY-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Məlumata əsasən, Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarda da gündəlik dezinfeksiya işləri aparılır.

Gununsesi.org