AFFA-nın baş katibi yığma ilə görüşüb

  • By admin
  • 04 May 2017 14:52

09

Mayın 4-də AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüb.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, baş katib IV İslam Həmrəyliyi oyunlarında iştirak edəcək yığmamıza AFFA prezidenti Rövnəq Abdullayev və AFFA-nın İcraiyyə Komitəsinin üzvləri adından uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, yığmamız IV İslam Həmrəyliyi Oyunlarında ilk oyununu mayın 8-də, saat 18:30-da, Bayıl stadionunda Kamerun komandasına qarşı keçirəcək.

Anar

Gununsesi.info