AFFA “Zirə”yə lisenziya verdi

  • By admin
  • 12 May 2017 13:06

unnamed (6)

Mayın 12-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Lisenziya Komissiyasının iclası keçirilib.

Gununsesi.info AFFA-nın saytına istinadən xəbər verir ki,İclasda 2017-2018-ci il mövsümündə UEFA-nın klub və “Premyer Liqa” yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Belə ki, AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2016) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“İnter” PİK, “Qarabağ” FK, “Qəbələ” İK, “Neftci” PFK, “Sumqayıt” FK və “Zirə” PFK.

2. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Kəpəz” PFK, “Səbail” PFK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“AZAL” PFK, “Mil-Muğan” FK, “MOİK” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK və “Şəmkir” FK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”n (Buraxılış 2016) 13-cü maddəsinə müvafiq olaraq, 2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.

Eyni zamanda “Zirə” PFK-nın müraciətinə baxılərkən UEFA-nın müvafiq qərarı AFFA-nın Lisenziya Komissiyası tərəfindən nəzərə alınıb.

Anar
Gununsesi.info