Afrində daha 1 kənd terrorçulardan azad olundu

  • Müəllif: admin
  • 10 Fevral 2018 20:30


Suriyanın Afrin bölgəsində daha bir kənd terrorçulardan azad olunub.

Trend-in məlumatına görə, Türkiyə Ordusu və “Azad Suriya Ordusu” tərəfindən Afrinin qərbindəki Deyr Ballut yaşayış məntəqəsi də PYD terrorçularından azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info