Afrində zərərsizləşdirilən terrorçuların sayı açıqlandı

  • Müəllif: admin
  • 27 Fevral 2018 12:11

Türkiyə Silahlı Qüvvələrinin, Suriyanın Afrin bölgəsində davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2083 nəfərə çatıb.

Gununsesi.info turk mediasına istinadən bildirir ki, TSQ-nin məlumatında – son sutkada PYD, YPG və İŞİD terror təşkilatlarının 24 üzvü məhv edilib.

Əməliyyat müddətində Afrində azad edilmiş yaşayış məntəqələrinin sayı 113-ə çatıb.

Gununsesi.info