Bir çox obyektlərin qarşısında müşahidə edilən hal var.
Belə ki, bəzən obyekt sahibləri pulsuz parklanma olan yerlərdə əlavə konstruksiyalar quraşdırır.
Bu isə onların yanlız öz müştərilərinə hesablanan bir məsələdir.
Belə hallardan biri də “Caspian plaza”-nın yanında yerləşən “Ağ Çiçəyim” gül dükanının qarşısıdır.
Fotodan da göründüyü kimi, dəmir vasitəsi ilə yer bağlanır, yanlız mağazaya müştəri gəldikdə açılır.
Bəs bu hal qanunidirmi?
Məsəlıə ilə bağlı hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya deyib ki, ümumiyyətlə, ödənişsiz parklanma varsa, heç bir obyektin qarşısında süni maneə qoymaq qanuni deyil.
Məsələ ilə bağllı AYNA-ya müraciət ünvanlamışıq.












