Ağ Ev Türkiyədə törədilən terror hücumunu pisləyib

  • By admin
  • 29 İyun 2016 10:05

tu

 

 

Ağ Ev administrasiyası İstanbulun Atatürk Hava Limanındakı terror hücumunu pisləyib. Gununsesi.info türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Coş Earnest yazılı açıqlamasında, törədilən qanlı hadisədə həyatını itirənlərin ailələrinə başsağlığı verib. Açıqlamada onlarla insanın öldüyü və yaralandığı İstanbul Atatürk Hava Limanında baş verənlər kəskin şəkildə pislənilib.

Ağ Ev sözçüsü vurğulayıb ki, terror təhdidinə qarşı mübarizəmizi davam etdirərkən, dünyadakı digər dost və müttəfiqlərimizlə, NATO müttəfiqi və tərəfdaşımız olan Türkiyəyə sarsılmaz dəstəyimizi davam etdiririk.

 

Gülnaz Qənbərli