Ağ Evdən qorxunc proqnoz: “Ölkədə 200 min insan ölə bilər”

  • By admin
  • 01 Aprel 2020 09:44

Koronavirus pandemiyası nəticəsində ABŞ-da 200 minə qədər insan ölə bilər.

Gununsesi.org bildirir ki, TASS-ın məlumatına görə, bu barədə Ağ evin koronavirusun yayılmasına qarşı mübarizə üzrə koordinatoru Debora Birks açıqlama verib.

D.Birks bu fikri Nyu-York şəhərinin rəhbərliyindən əldə edilmiş məlumatlar əsasında səsləndirdiyini bildirib.

Son məlumatlara görə, ABŞ-da 188 mindən artıq COVID-19-a yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 4000-i keçib.

Gununsesi.org