Ağ Evin yeni sosial media hesabı fəaliyyətə başladı - VİDEO

  • Müəllif: Günel
  • 20 Avqust 2025 21:33

“TikTok” sosial şəbəkəsində Ağ Evin rəsmi hesabı fəaliyyətə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, “@whitehouse” hesabında ilk paylaşım ABŞ Prezidenti Donald Trampın nailiyyətlərinə həsr olunmuş 27 saniyəlik video olub.

Ağ Evin Mətbuat Xidməti bildirib ki, Tramp administrasiyası prezidentin tarixi nailiyyətlərini mümkün qədər çox platformada işıqlandırmaq istəyir.