Ağadadaş Ağayev ağır əməliyyatdan sonra…

  • By admin
  • 15 May 2021 09:53

Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayevin əməliyyatı beş saat çəkib.

Gununsesi.info xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran sosial şəbəkədə məlumat verib.

“Çox şükür ki, qardaşım yaxşıdır, ağır əməliyyat beş saat sürdü. Tək deyildim, qardaşımın həyat yoldaşı da mənimlə idi. Xalq artisti beş saatlıq əməliyyatdan sağ-salamat çıxdı. Düzdür, çox ağır əməliyyat oldu, amma qardaşım bunu da keçdi. İndi isə uzunmüddətli müalicə ərəfəsi qalır”.

Qeyd edək ki, Ağadadaş Ağayev Türkiyədə özəl klinikaların birində əməliyyat edilib.

Gununsesi.info