Ağadadaş Ağayevin səsi niyə batıb? - VİDEO

  • By admin
  • 14 Avqust 2017 20:33

agadadas_agayev_042

Xalq artisti, sevilən müğənni Ağadadaş Ağayevin səsində problem yaranıb.

Gununsesi.info-nun xəbərinə görə, bu problem bu gün telekanallardan birində müğənninin ifası zamanı üzə çıxıb.

Daha konkret desək, “Xəzər” TV- də yayımlanan 5/5 proqramının bugünkü buraxılışında Xalq artisti mahnı ifa edən zaman tamaşaçıları əməlli-başlı təəccübləndirib.

İllərdir səsinə, özünəməxsus ifa tərzinə, mahnı seçiminə, səhnə mədəniyyətinə görə sevilən sənətçinin efirdə oxuyan zaman səsinin tutulduğu açıq görünüb.

Ancaq müğənni özü də  bu barədə hansısa açıqlama verməyib, səsində yaranmış problemin səbəbini izah etməkdən yayınıb.

Gununsesi.info