Ağappaq dişlərə necə sahib olmalı?

  • By admin
  • 01 Avqust 2017 16:28

1447148739_qadinlar

Müasir dövrün insanları ağappaq dişlərə sahib olmaq üçün ən bahalı brendlərin diş təmizləmə məcunlarını alır, klinikalarda aparatlar vasitəsiylə   kimyəvi üsullarla dişlərini ağartmaq üçün dəridən qabıqdan çıxırlat.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki,  ağappaq dişlərə sahib olmaq üçün kimyəvi ağartma üsullarından istifadəyə qətiyyən ehtiyac yoxdur. Dişlərinizi  özünüz ev şəraitində və ucuz yolla da əldə edə bilərsiniz.  Bunun üçün isə sizə 1 çay qaşığı sarıköklə eyni miqdarda hindistan qozu yağı lazımdır. Onları yaxşıca qarışdırın.  2-3 damcı da nanə yağı əlavə edib məcun halına gətirin. Bu qarışımı diş məcunu kimi istifadə edin. Diş minanıza lazımi qulluğu edəcək, dişlərinizi ağardacaq və nəfəsinizi də təravətləndirəcək.

Gülnaz Qənbərli

Gununsesi.info