Ağcabədidə meşə ərazisində yanğın olub

  • Müəllif: admin
  • 16 İyun 2017 10:46

01

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.  

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Nəcəfqulubəyli kəndində Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə 1,5 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info