Ağcabədidə yanğın olub

  • Müəllif: admin
  • 10 Aprel 2018 20:02

Ağcabədidə yanğın olub.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Şənlik kəndində baş verib.

Ümumi sahəsi 56 m2 olan tövlənin qamışdan ibarət çardağı 12 m2 sahədə və çardağına yığılmış 2 ton ot bağlamasının 0,2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info