“Ağdərə istiqamətində düşmən geri çəkilməyə məcbur edilib” - MN

  • By admin
  • 28 Sentyabr 2020 16:12

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Bu barədə  Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Gununsesi.info