Ağdamda iki “Mercedes” toqquşdu, ölən var

  • By admin
  • 18 İyun 2020 10:19

Ağdam rayonunda yol qəzası baş verib.

Gununsesi.org bildirir ki, Report-un xəbərinə görə, hadisə iyunun 18-i gecə saat 2 radələrində rayonun Alıbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, 1972-ci il təvəllüdlü Şamil Əliyevin idarə etdiyi “Mercedes-Benz C230” markalı avtomobil hərəkətdə olan zaman rayon sakini, 1980-ci il təvəllüdlü İbrahim Rzayevin idarə etdiyi “Mercedes-Benz Vita” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes-Benz C230” markalı avtomobil aşıb və onun içərisində olan sərnişin Sarvan Baxışov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma zamanı məlum olub ki, “Mercedes-Benz C230” markalı avtomobilin sürücüsü Ş.Əliyev avtomobili idarə edən zaman sərxoş olub.

Gununsesi.org