
Ağdam rayonu, Çəmənli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












