Ağdaşda ağır qəza – ÖLƏN VAR

  • By admin
  • 04 Oktyabr 2021 11:41

Ağdaş rayonunda yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 2-si saat 21 radələrində rayonun Orta Ləki kəndi ərazisində Yuxarı Ləki kənd sakini Nazim Feyzullayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə piyada, həmkəndlisi Mahir Məmmədovu vurub. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info