Ağır yol qəzası nəticəsində 5 nəfər xəsarət aldı

  • By admin
  • 10 Noyabr 2019 18:38

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.

Gununsesi.org-un verdiyi məlumata əsasən, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Dəliməmmədli  şəhəri istiqamətindən keçən hissəsində baş verib.

Məlumata görə, “99-FA-111” dövlət nişanlı “Hundai Santafe” markalı avtomobil hərəkətdə olarkən qarşı təərfədən gələn “99-BA-861” dövlət nömrə nişanlı “VAZ 21 011” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ 21 011” markalı avtomobildə olan 3 sərnişin ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onların səhəti kritik qiymətləndirilir.

Hadisə zamanı daha iki nəfərin də xəsarət aldığı deyilir. İlkin məlumata görə qəzaya səbəb “VAZ 21 011” markalı avtomobilin qəfildən “Hundai” markalı maşının qarşısına çıxması səbəb olub.

 

Gununsesi.org