Ağstafada iki avtomoibl toqquşub, ölən var

  • By admin
  • 08 İyul 2017 22:05

avtoqeza
Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun 457-ci kilometrliyində, Ağstafa rayonu Qırlı kəndində “VAZ2106” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, Qırlı kənd sakini, 1987-ci il təvəllüdlü Mustafayev Elvin Surxay oğlu hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Gununsesi.info