Ağsuda rus vətəndaşı qəza törədərək can verdi: 1 rus, 2 azərbaycanlı yaralı - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 27 İyun 2016 11:54

cRASH IN aGHSU

 

Ağsuda Rusiya vətəndaşına məxsus minik avtomobili qəzaya uğrayıb. Gunusnesi.info xəbər verir ki, hadisə gecə saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 172-ci kilometrliyində, Ağsu rayonunun Padar kəndi ərazisində qeydə alınıb. Rusiya Federasiyasının vətəndaşı olan 1991-ci il təvəllüdlü Pavlov Dmitriy Alekseyeviçin idarə etdiyi minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən qaranlıq vaxtı avtomobil yolun eyni hərəkət zolağında, qarşı tərəfdə hərəkət edən Ağsu sakini Mehman Cavadova məxsus traktora çırpılıb. Sonra avtomobil  zərbənin təsirindən qarşı tərəfdə, yolun əks istiqamətində hərəkət edən digər nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı sürücü Pavlov Dmitriy Alekseyeviç, eləcə də sərnişini 25 yaşlı Blinski Andrey Vladimirov, və qəza zamanı digər avtomobilin   sürücüsü, Göyçay sakini 50 yaşlı İntiqam Bəşirov ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanı törədən avtomobilin  sərnişini 24 yaşlı Lıkçina Aleksandra Viktorovna aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı avtomobildə sıxılıb qalmış ölən və yaralı şəxslər. FHN-nin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən müxtəlif kəsici alətlərdən istifadə edilərək çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Hazırda xəsarət alan şəxslərin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (Gunusnesi.info)

 

Crash in Aghsu 5

 

Crash in Aghsu 1

 

Crash in Aghsu 6

 

Crash in Aghsu 7

 

Crash in Aghsu 2

 

Crash in Aghsu 4

 

cRASH IN aGHSU

 

Crash in Aghsu 3

Crash in Aghsu..

 

Crash in Aghsu0

 

Crash in Aghsu.