Aİ-dən İrana XƏBƏRDARLIQ

  • By admin
  • 24 Oktyabr 2022 19:59

Aİ İran İslam Respublikası hökumətinə Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silahların, xüsusən də PUA-ların verilməsinin yolverilməzliyi barədə xəbərdarlıq edib.

Gununsesi.info Aİ-nin sözçüsü Piter Stanonun oktyabrın 24-də Brüsseldə Aİ-nin brifinqindəki çıxışına istinadla xəbər verir.

Qeyd edilib ki, bununla bağlı İranın Xarici İşlər Naziri iki telefon danışığında məlumatlandırılıb.

Avropa İttifaqı Rusiya Federasiyasına istənilən silahların, o cümlədən pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı aydın mövqeyini təsdiqləyib.

“Hər hansı üçüncü ölkənin Rusiyanı silahla, istər pilotsuz təyyarələr, istərsə də raketlərlə təchiz etməsi faktının özü qəbuledilməzdir və beynəlxalq humanitar hüquq normalarına ziddir. Rusiya bu silahlardan mülki əhaliyə və mülki infrastruktur obyektlərinə qarşı istifadə edir ki, bu da beynəlxalq hüquq normalarına uyğun deyil. Müharibə aktıdır, cinayətdir”, – Stano vurğulayıb.

Eyni zamanda o, vurğulayıb ki, İran hökuməti Avropa İttifaqı Nazirlər Şurasının xarici işlər üzrə yüksək rütbəli rəsmilərindən aydın şəkildə çatdırılmış, güclü və prinsipial siqnal alıb.

Gununsesi.info