Aİ faktaraşdırıcı missiyanı Ermənistana GÖNDƏRİR

  • By admin
  • 12 Oktyabr 2022 20:32

“Aİ-nin faktaraşdırıcı missiyası Ermənistana səfər edəcək”.

Gununsesi.info bu barədə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib.

“Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Praqada görüş oldu, orada razılıq əldə olundu ki, Aİ missiyası faktları öyrənmək üçün Ermənistana səfər edəcək, sonra yəqin ki, hesabat verəcəklər”, – XİN rəhbəri bildirib.

Mirzoyan qeyd edib ki, Aİ-nin artıq belə bir missiya göndərmək qərarı var.

Rusiyanın xarici işlər naziri Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verməyə hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası əlavə tədbirlərin qəbul edilməsinin müzakirəsinə açıqdır.

Gununsesi.info