Aİ və NATO XİN rəhbərləri arasında görüş keçiriləcək - TERRORLA MÜBARİZƏ ÜZRƏ ƏMƏKDAŞLIQ MÜZAKİRƏ OLUNACAQ

  • Müəllif: admin
  • 17 Fevral 2018 08:50

Avropa İttifaqı və NATO terrorizmlə mübarizə sahəsində əməkdaşlığın inkişaf yollarını Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin iştirakı ilə iyun ayında keçiriləcək alyansın xarici işlər nazirlərinin görüşündə müzakirə edəcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Rouz Getemüller Münhendə Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.

O, bildirib: “Biz iyun ayında nazirlərin görüşündə NATO və Aİ arasında terrorla mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”.

Qeyd edək ki, 29 NATO ölkəsindən 20-si eyni zamanda Avropa İttifaqının üzvüdür.

Gununsesi.info