“Air China” təyyarəsi Belarusda qəza enişi edib

  • By admin
  • 19 İyun 2018 20:58

“Air China” aviaşirkətinin təyyarəsi Belarusda, Minsk aeroportunda qəza enişi edib.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi özünün “Tvitter” səhifəsində yazıb.

Nazirlik bildirib: “!7:20-də təyyarə uğurla bizim hava limanımızda enib, Belarus FHN-dən yardım sorğulanmayıb”.

 “Flightradar24” portalının məlumatına görə, təyyarə Barselonadan Şanxaya uçurdu. “Air China”nın Minsk aeroportundakı nümayəndəliyindən bildiriblər ki, “gözlənilməyən vəziyyət baş verib, təyyarə qəza enişi edib”.

Diqqət məlumat verilmir.