Akar “taxıl işi”ndən danışdı

  • By admin
  • 31 İyul 2022 12:14

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikovla əlaqə saxlayıb.

Gununsesi.info xəbər verir ki, müdafiə naziri daha sonra Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla telefonla danışıb.

Məlumatı Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, danışıqlar zamanı İstanbuldakı Birgə Koordinasiya Mərkəzində həyata keçirilən fəaliyyətlərlə bağlı son vəziyyət müzakirə edilib.

Texniki işlərin yekunlaşdırılması, inzibati hazırlıqdan sonra ən qısa zamanda daşımaların başlanmasının nəzərdə tutulması, Birgə Koordinasiya Mərkəzində heyətlərin əməkdaşlıq şəraitində çalışmasından məmnunluq ifadə olunub.

Gununsesi.info