Akardan yunanlara xəbərdarlıq: Güzəştə getməyəcəyik!

  • By admin
  • 05 Oktyabr 2021 19:21

Türkiyə və Yunanıstan arasında problemlərin yaxşı qonşuluq əlaqələri və dialoq sayəsində həllinə inanırıq.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüşündə deyib.

“Daha öncəki həmkarlarımızla olduğu kimi indiki həmkarlarımızla da dialoq kanallarının açıq qalmasını arzu edirik. İstənilən halda dialoq tərəfdarıyıq. Lakin ölkəmizin və Şimali Kipr Türk Cümhuriyyətinin hüquqları ilə bağlı heç bir güzəştə getməyəcəyimizi bir daha bildiririk”, – deyə Akar bildirib.

Gununsesi.info