Manana Akif Çovdarovla əlaqəsindən danışdı: "Onunla həmyerliyəm deyə..."

  • By admin
  • 16 Sentyabr 2016 13:47

manana

Keçmiş MTN generalı Akif Çovdarovun müğənnilərlə olan əlaqəsi yenidən xəbər manşetinə çevrilib. Belə ki, bu siyahıda adı hallanan Manana Çaparidze Gununsesi.info-ya açıqlama verərək,  Akif Çovdarovla heç bir əlaqəsinin olmadığını bildirib. İfaçı Akif Çovdarovla həmyerli olmalarından irəli gələrək, əlaqələrinin yaranması xəbərinə  sərt reaksiya verib: “Nə olsun ki, Çovdarov gürcüstanlıdır. O, gürcüstanlıdır deyə, deməli, mənimlə əlaqəsi olmalıdır? Artıq söz-söhbətdən yorulmuşam. Bununla bağlı soruşublar, mən də  cavab vermişəm. Artıq açıqlama verməyəcəm, heç nə deməyəcəm. Mən heç kimdən qorxmuram, vəssalam”.

Gununsesi.info