Akif Çovdarovun əmlakı da müsadirə olunur - GENERALIN AİLƏSİNİN YAŞADIĞI EVDƏN BAŞQA HƏR ŞEYİ ƏLİNDƏN ALINIR

  • By admin
  • 30 Oktyabr 2017 21:51

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakı müsadirə olunacaq. Gununsesi.info bildirir ki, bu barədə Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə bu gün keçirilən prosesdə qərar qəbul olunub. Hökmə əsasən, məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərəəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb.

DTX-nın təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsindətəmin olunub.

Gununsesi.info