Akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı AÇIQLANDI

  • Müəllif: admin
  • 03 Aprel 2018 11:18

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

MSK-dan Gununsesi.info-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 58 təşkilat və 59 ölkədən 871 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 56 min 864 nəfərdir.

Gununsesi.info