Akkumulyator oğruları yaxalandı

  • By admin
  • 06 Fevral 2017 11:46

akkumul

Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Lənkəran Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Ramil Hacıyevə məxsus “Hovo” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən rayon sakini Qismət Yunusov saxlanılıb.

Bundan başqa yanvarın 28-də narkotik vasitə ilə tutulan Pərvin İsmayılovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun paytaxt ərazisində 10 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Anar

Gununsesi.info