Ədalət və İnkişaf Partiyasının (AKP) sözcüsü Mahir Ünal partiyanın 18 avqustda qurultay keçirəcəyini açıqlayıb.
Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, 14 avqustda AKP-nin quruluş ildönümünün də qurultayda qeyd ediləcəyini söyləyib.
Partiya rəsmisi 15 iyul Demokratiya və Milli Vəhdət Günü hazırlıqlarının da davam etdiyini bildirib.
M.Ünal sözlərinə əlavə edib ki, fövqəladə vəziyyət rejiminin (OHAL) vaxtı növbəti dəfə uzadılmayacaq