Akşənərlə Kılıcdaroğlu iftar süfrəsində bir araya gəldilər və…

  • Müəllif: admin
  • 03 İyun 2017 22:40

meral_aksener_kilicdaroglu_ile_iftarda_bulustu_h63317_d145c

“Hayırçı”lar blokunun iki ünlü ismi- əski daxili işlər naziri, TBMM-in sabiq başqan yardımçısı Meral Akşənərlə CXP genəl başqanı Kamal Kılıcdaroğlu iftar məclisində bir araya gəliblər.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, M. Akşənər  dəvətin K. Kılıcdaroğlundan gəldiyini deyib.

İftar görüşməsində “çatı aday”la bağlı danışıqların apalıb-aparılmadığı məlum olmasa da, amma tərəflərin 2019-cu il prezident seçkiləri ilə bağlı “Hayırçı”lar blokunun genişləndirilməsi istiqamətində əməkdaşlıq etmək haqqında razılaşdıqları bildirilir.

K. Kılıcdaroğlu isə mətbuata qısa açıqlamasında bildirib ki, bu gün Türkiyədə demokratiyaya daha böyük ehtiyac var və bütün müxalif qüvvələrin də  bu istiqamətdə bir araya gəlməsi, əməkdaşlıq etməsi gərəkir.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info