Aksiyalar Ermənistanı inqilaba aparır

  • By admin
  • 21 Aprel 2018 11:13

İrəvanda siyasi ehtiraslar güclənir; qərbyönlü hərəkat rejimi inqilabla hədələdi; Serj Sərkisyanı ağır dilemma gözləyir; rusiyalı analitiklərdən erməniləri təlaşlandıran proqnoz və açıqlamalar…

Ermənistanda Sərkisyan rejiminə qarşı kütləvi etirazlar davam edir. Diqqəti çəkən odur ki, hərəkata getdikcə daha çox sayda gənc qoşulur. Gənclər isə istənilən ölkədə inqilabi dəyişikliklərin lokomotivi sayılır. Bu üzdən işğalçı ölkənin hakim dairələrində artan narazılıq anlaşılandır. Etirazları güc yolu ilə yatırtmaq üçün addımlar atılacağı da istisna deyil.

Nümayişçilərin lideri, müxalifətçi deputat Nikol Paşinyan bəyan edib ki, artıq məxməri inqilaba başlayır və ölkədə inqilab komitələri yaradılacaq. Ancaq məsələ ondadır ki, Paşinyanın başçılıq elədiyi hərəkat məğlub edilsə belə, bu, artıq Sərkisyana dərs olacaq, onun yeni postda legitimliyi daim şübhə altında qalacaq. Eyni zamanda son aksiyalar, vətəndaş itaətsizliyi gələcəkdə daha böyük etirazlar üçün güclü zəmin, “baş məşq” rolu oynaya bilər.

Həm də o səbəbdən ki, qarşıdakı illərdə ölkənin əsas şəxsi kimi Serj Sərkisyan nəhayət ki, erməni xalqı qarşısında duran əsas problemi – Dağlıq Qarabağ məsələsini və bu məsələnin doğurduğu irili-xırdalı digər acıları (izolyasiya rejimi, kasıbçılıq, işsizlik və ağır güzəran, xaricə kütləvi köç və s.) çözməlidir. Bu isə Azərbaycanla dil tapmadan mümkünsüzdür.

Dil tapmaq isə güzəştlərdən keçir ki, bu da Sərkisyan rejiminə baha oturacaq. Ötə yandan, konfliktin uzanması müharibə deməkdir ki, bu, ümumiyyətlə, hakim rejim üçün özünü qəsd anlamına gəlir. Habelə, Rusiyaya xəyanət edib Qərbdə nicat axtarmaq Qarabağ klanına böyük fəlakət vədi edir. Bir sözlə, Sərksyanı olduqca ağır dilemma gözləyir.

Bəs Ermənistan uğrunda qızışan Qərb (ABŞ)-Rusiya davası, hakim rejimin “iki stulda oturmaq” siyasəti Ermənistana, Dağlıq Qarabağ məsələsinə nə vəd edir? Təhlilçilərin bu xüsusda yanaşmaları və proqnozları maraqlı sayıla bilər. 

Pashinyan  ile ilgili görsel sonucu

“Nikol Paşinyan qərbyönlüdür, amma Qərb hələlik onu dəstəkləmir”. Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk deyib. “Paşinyan qərbyönlü, daha dəqiq desək, liberal müxalifətin nümayəndəsidir. Lakin bu, o demək deyil ki, Paşinyana birbaşa ödənişi Vaşinqton edir. Aydın olan əsas məsələ erməni müxalifətinin Rusiyanın əleyhinə olaraq Avropa Birliyi və ABŞ-la görüşə getməsidir. Bu səbəbə görə, erməni müxalifətinin daxilində Moskvanın ünvanına və ya Rusiyanın aktiv olduğu bütün inteqrasiya bloklarına qarşı etirazlar daha yüksək səslə ortaya çıxır”.

Lakin politoloq bütün baş verənlərə görə Qərbi günahlandırmağın da tərəfdarı deyil: “Buna görə hər şeydən əvvəl bizim öz məmurlarımızdan doğru edib-etmədiklərini soruşmaq lazımdır. Bu, Ermənistanın hakim orqanlarına da aiddir”.

Gununsesi.info